Bu ölkə də Rusiyadan taxıl alacaq
Publika.az xəbər verir ki, Banqladeş Nazirlər Kabinetinin rəsmisi Əbdül Barik paytaxt Dəkkədə Nazirlər Şurasının iclasında verdiyi açıqlamada Rusiyadan 500 min ton buğda idxal ediləcəyini açıqlayıb.
Açıqlamada Banqladeşin Rusiyaya dollarla ödəyəcəyi və ton başına 430 ABŞ dolları verərəyi bildirilib.
Digər tərəfdən, Nazirlər Kabinetinin iclasında Hindistan və Vyetnamdan 230 min metrik ton düyü idxalının da təsdiqləndiyi qeyd edilib.
Publika.az