Türkiyədə təbii qaz və elektrik enerjisi bahalaşıb

Türkiyədə təbii qaz və elektrik enerjisi bahalaşıb

Türkiyədə təbii qaz və elektrik enerjisi bahalaşıb.

Trend-in məlumatına görə, bu barədə BOTAŞ şirkətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, ölkə ərazisində elektrik enerjisinin istehsalı üçün istifadə olunan təbii qazın qiyməti 49,5 faiz, sənaye müəssisələri üçün 50,8 faiz, evlərdə istifadə olunan qazın qiyməti 20,4 faiz artırılıb.

Bundan başqa, Enerji Bazarının Tənzimlənməsi Təşkilatı (EPDK) Türkiyədə elektrik enerjisi qiymətlərinin 20 faiz artırıldığını bildirib.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 4 =