Nəbih Berri: İmam Musa Sədrin azadlığa buraxılması suverenlik məsələsidir

Nəbih Berri: İmam Musa Sədrin azadlığa buraxılması suverenlik məsələsidir

Livan parlamentinin sədri vurğulayıb ki, İmam Musa Sədrin işi üzrə məsul komitənin son araşdırmalarına görə, o və yoldaşları Liviya rejimi tərəfindən qaçırılıb.

Livan parlamentinin sədri Nəbih Berri İmam Musa Sədrin oğurlanmasının 44-cü ildönümü münasibəti ilə çıxış edərkən vurğulayıb ki, İmam Musa Sədrin qaçırılması cinayətini araşdıran komitənin son təhqiqat nəticələrinə görə, o və onun iki yoldaşının qaçırılması cinayətini Liviya rejimi törədib və onlar həbs edilib.

Nəbih Berri deyib ki, İmam Musa Sədr və onun iki yoldaşının azad edilməsi məsələsi Əməl hərəkatı üçün suverenlik məsələdir və bu, təbii ki, Livan hökumətini öz öhdəliklərini yerinə yetirməkdən, Ərəb Liqasını isə faktları öyrənmək üçün Liviyaya təzyiq etməkdən uzaqlaşdırmır.

Əl-Mənar kanalının məlumatına görə, Berri həmçinin bildirib ki, Əməl hərəkatı ilə Hizbullah arasında fikir ayrılıqlarının yaranmasına göz dikənlər illüziya içində yaşayırlar.

O, həmçinin Livan və sionist rejimin dəniz sərhədlərinin çəkilməsi işi ilə bağlı deyib: Top indi Amerikadadır, biz müharibə istəmirik, lakin suverenliyimiz təhlükə altına düşərsə, haqqımızı müdafiə edəcəyik.

O, əlavə edib ki, amerikalı müzakirəçi bir aydır Beyruta gəlmir və biz heç vaxt əbədi gözləməyəcəyik.

Biz bütün gücümüzlə sərhədimizi, torpağımızı, qazımızı və neftimizi, eləcə də Livan torpağını müdafiə edəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 6 =