“Lufthansa”nın yüzlərlə reysi təxirə salınıb

“Lufthansa”nın yüzlərlə reysi təxirə salınıb

Almaniyanın “Lufthansa” aviaşirkətinin yüzlərlə reysi pilotların maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirdiyi tətilə görə ləğv edilib.

Bu barədə “Report” “Associated Press”ə istinadən xəbər verir.

Nəticədə Frankfurt və Münhendə ümumilikdə, təxminən, 800 aviareys ləğv olunub.

Almaniyanın aviaşirkətinin nümayəndələrinin məlumatına əsasən, tətillə əlaqədar 100 mindən çox sərnişinin planları pozulacaq.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 3 =