Yeni raketlərin təqdimatı ilə Yəmənin hərbi nüfuzunun nümayişi-Foto/Video
Yəmən silahlı qüvvələri təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasına üçün yeni bir işarə olmaq üçün bu gün hərbi parad keçirərək yeni raketləri nümayiş etdirib.
Əl-Hədidə əyaləti Yəmənin Milli Qurtuluş Hökumətinin hərbi qüvvələrinin ən böyük məzuniyyət mərasiminə şahidlik edib.
Əl-Məsirə xəbər kanalı bildirib ki, mərasim Yəmənin Ali Siyasi Şurasının rəhbəri, eyni zamanda ölkənin silahlı qüvvələrinin baş komandanı olan Mehdi Əl-Məşatın iştirakı ilə keçirilib.
Yəmənin informasiya naziri Zeyfullah Əş-Şami də bu hərbi paradın 5-ci hərbi bölgədən olan “Əs-Səməd” şəhid batalyonları, “Ən-Nəsr” diviziyaları, donanma və hərbi hava qüvvələrinin iştirakı və “Vəd əl-Axirə” (Axirət vədi) şüarı ilə ilə keçirildiyini bildirib.
Yəmən Hərbi Dəniz Qüvvələri də yeni “Faliq-1” və “Əl-Məndəb-2” yer-dəniz raketləri də nümayiş etdirilib.
Bu mərasim Yəmən qüvvələrinin quru, hava və dəniz döyüş sənayesinin ən son alət və avadanlıqlarını dünyaya nümayiş etdirdiyi ən böyük hərbi nümayişdir. Yeni dəniz minaları da bu silahlardan sayılır.
Aşağıda bu texnikanın və hərbi paradın şəkillərini təqdim edirik: