Həşdi Şəbi qüvvələri tərəfindən zəvvarların təhlükəsizliyinin təmin edilməsi prosesi başlanıb

Həşdi Şəbi qüvvələri tərəfindən zəvvarların təhlükəsizliyinin təmin edilməsi prosesi başlanıb

İraqlı mənbələr İraqın Xalq Səfərbərlik Təşkilatı qüvvələrinin ölkənin şərqində zəvvarların təhlükəsizliyinin təmin edilməsi prosesinə başladığını bildiriblər.

İraq mətbuatı bu gün (cümə) xəbər verib ki, İraq Xalq Səfərbərlik Təşkilatı qüvvələri iranlı zəvvarların təhlükəsizliyinin təmin edilməsi prosesinə başlayıb.

Bununla bağlı “Nina” xəbər saytına bir təhlükəsizlik mənbəsi bildirib ki, 110-cu Həşdi Şəbi briqadasının bir qrup qüvvələri Xanaqindən Həmrinə gedən yolun təhlükəsizliyini təmin etmək prosesinə başlayıb.

Bu mənbə əlavə edib ki, bu aksiya imam Hüseyninin (ə) Ərbəin mərasiminin xüsusi təhlükəsizlik planına uyğun olaraq, İraq yollarında təhlükəsizliyin yaradılması və İraqa daxil olan iranlı zəvvarların “Əl-Mənzariyə” (Xosrəvi sərhədi) sərhəd-keçid məntəqəsində qorunması məqsədilə həyata keçirilib.

Həşdi Şəbi təşkilatı da bu axşam verdiyi açıqlamada Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün bu təşkilatın 20 min döyüşçünün Bəsrədə (cənubda) yerləşdirildiyini açıqlayıb.

Bununla əlaqədar olaraq, İraq Gömrük Təşkilatının direktoru Əla Əl-Qeysi bu gün (cümə) 44 mindən çox iranlı zəvvarın Zərbatiyyə (Mehran) və Şələmçeh sərhədindən ölkəyə daxil olduğunu açıqlayıb.

 “Bağdad Əl-Yəvm” saytının xəbərinə görə, bu iraqlı rəsmi bildirib ki, Ərbəinə zəvvarların gəlişi üçün Zərbatiyyə, Şələmçeh və Əl-Munziriyə (Xosrəvi) və Nəcəf Əşrəf hava limanı nəzərdə tutulub.

O əlavə edib ki, zəvvarların gəlişi hər an artır və son bir neçə saat ərzində yüzlərlə iranlı Əl-Munziriyə sərhədindən İraqa daxil olub və yaxın 72 saat ərzində minlərlə insanın bu sərhəddən İraqa daxil olması gözlənilir. Əla Əl-Qeyi daha sonra bildirib ki, sərhəd keçid məntəqələri gündə 10 min zəvvar qəbul etmək gücünə malikdir.

Ötən çərşənbə günü İraqda baş verən son iğtişaşlar səbəbilə ölkə sərhədlərinin bağlanmasından sonra İran Gömrük İdarəsinin sözçüsü Seyid Ruhullah Lətifi İrandan İraqa zəvvarların gedişi üçün İran və İraqın bütün sərhədlərinin açıldığını açıqlayıb.

Bu açıqlamadan sonra İraq mediası bu ölkənin bəzi şəxslərinin iranlı zəvvarları qarşılamaq üçün sərhədə getdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =