Keçmiş YPX əməkdaşı ağır qəzada öldü – VİDEO
Lənkəranda bir nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS xəbər verir ki, hadisə gecə saatlarında rayonun Kərgəlan kəndində baş verib.
Belə ki, Lənkəran şəhər sakini 37 yaşlı Vüsal Babayev idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə yol kənarındakı rabitə dirəyinə çırpılıb. Daha sonra su kanalına düşüb. Sürücü Vüsal Babayev və oğlu ağır yaralanıb. Onlar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, Vüsal Babayevin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Vüsal Babayev Lənkəran Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin keçmiş inspektoru olub.
Ətraflı BAKU TV-nin süjetində:
BAKU.WS