Şirvanda bir nəfər özünü körpüdən Kürə atıb

Şirvanda bir nəfər özünü körpüdən Kürə atıb

Şirvanda bir nəfər özünü körpüdən ataraq intihar edib.

BAKU.WS-in APA-ya istinadla məlumatına görə, hadisə Şirvan-Sabirabad istiqamətində Kür çayı üzərində yerləşən körpüdə qeydə alınıb.

Şəxsiyyəti məlum olmayan bir nəfər körpünün piyada keçidindən özünü çaya ataraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntihar edən şəxsin kimliyi və hadisənin təfərrüatları araşdırılır.

Hadisə yerində meyitin axtarışlarını həyata keçirmək üçün FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşlarının cəlb olunması gözlənilir.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =