Keçən ay 59 fələstinli sionistlər tərəfindən şəhid edilib

Keçən ay 59 fələstinli sionistlər tərəfindən şəhid edilib

Məlumatlara görə, sionist rejim cəmi bir ay ərzində Qəzzədə, İordan çayının qərb sahilində və işğal edilmiş Qüdsdə 59 fələstinlini şəhid edib.

Fələstin mediasının statistikasına əsasən, sionist rejim ötən ay (avqust) İordan çayının qərb sahilinin müxtəlif bölgələrində, işğal olunmuş Qüds və Qəzzada 59 fələstinlini qətlə yetirib.

Arab 48 saytının məlumatına görə, 2022-ci ilin əvvəlindən avqust ayına qədər 143 fələstinli şəhid olub və avqust ayı şəhidləri bu şəhidlərin 41%-ni təşkil edir.

Fələstin Səhiyyə Nazirliyinin statistikasına əsasən, sionist rejim qırıcıları Qəzzədə son üç günlük müharibədə 50 fələstinlini şəhid ediblər ki, onlardan 16-sı 18 yaşdan kiçikdir.

Həmçinin İordan çayının qərb sahilində beşi Nablusda, qalanı isə Cənin, Hebron, işğal altındakı Qüds və Tubas düşərgələrində olmaqla 9 fələstinlinin şəhid olması Nablusun avqust ayında İordan çayının qərb sahilində müqavimət fəaliyyətinin mərkəzi olduğunu göstərir.

Həmçinin, 2022-ci ilin avqust ayında 9 nəfərin şəhid olduğu ötən ilin eyni dövrü ilə müqayisədə şəhidlərin sayı 85% artıb.

Dünən (cümə) günortadan sonra İordan çayının qərb sahilinin şimalındakı Hebron bölgəsində bir fələstinli gənc İsrail agentləri tərəfindən vurularaq öldürülüb. Bu fələstinli gənc sionistlərin Qiryat Ərbə qəsəbəsi yaxınlığında soyuq silahla hücumu zamanı bir sionist əsgəri yaralayıb.

Ötən həftənin cümə axşamı günü media “Samer Mahmud Süleyman Xalid” və “Yəzən Əfanə” adlı iki fələstinli gəncin Nablus və Ramullahda  sionist əsgərlər tərəfindən güllələndiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × five =