Ərbəin zəvvarlarının gəlişini asanlaşdırmaq üçün İraq hökumətinin səfərbərliyi

Ərbəin zəvvarlarının gəlişini asanlaşdırmaq üçün İraq hökumətinin səfərbərliyi

İraq hökuməti şənbə günü keçirdiyi iclasda İmam Hüseynin (ə) Ərbəin ziyarəti üçün bu ölkəyə gələn xarici zəvvarların giriş və xidmət planını nəzərdən keçirib və bütün rifah, daxili və təhlükəsizlik imkanlarının səfərbər edilməsini vurğulayıb.

İraq hökumətinin rəsmisi Heydər Məcid şənbə günü bildirib ki, son günlər qonşu ölkələrdən və dünyanın digər ölkələrindən zəvvarların gəlişinə nəzarət məqsədi ilə sərhəd keçid məntəqələrinə tez-tez səfərlər edilir.

O bildirib ki, İraqın Baş naziri Mustafa Əl-Kaziminin göstərişinə əsasən, sərhəd keçidlərinin təşkilinə dəstək üçün bütün dövlət obyektləri və xidmətlərindən istifadə olunacaq.

Heydər Məcid əlavə edib: “Bu səfərlər Bəsrədəki Şimla keçidlərinə, Meysandakı Əş-Şeyb (Çəzabə), Vasitdəki Zərbatiyyə (Mehran) və Diyaladakı Əl-Munzəriyyə (Xosravi) məntəqələrinə edilib.”

Digər tərəfdən, İraq Sərhəd Keçid Təşkilatının sözçüsü Əlauddin Əl-Qeysi ölkənin rəsmi xəbər agentliyinə deyib: “İnsanların və pasportlarının yoxlanması, həmçinin təhlükəsizlik qüvvələrinin yeridilməsi üçün bir sıra tədbirlər görülüb. Bütün zəvvarlar yalnız dövlət prosedurlarından keçdikdən sonra onların İraqa daxil olmasına icazə veriləcək.”

O, əlavə edib: Sərhəd Keçidləri Təşkilatı tərəfindən təhlükəsizlik vəziyyətinin gücləndirilməsi üçün komitə yaradılıb və onun məqsədi Ərbəin mərasiminin uğurla keçirilməsidir.

Əl-Qeyisi vurğulayıb ki, bütün bu tədbirlər İmam Hüseynin (əleyhis-salam) Ərbəin ziyarəti üçün zəvvarlarının ölkəyə girişini asanlaşdırmaq məqsədi daşıyır.

İraq Sərhəd Keçid Təşkilatının məlumatına görə, xarici zəvvarların ölkəyə daxil olduğu sərhədlər Şələmçe, Zərbatiyyə (Mehran), Əş-Şeyb (Çəzabə), Əl-Munzəriyyə (Xosravi), Səfvan (İraq-Küveyt sərhəd keçid məntəqəsi) və Nəcəf Beynəlxalqdır Hava limanıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 15 =