Dünyada ilk dəfə 5 yaşdan kiçik uşaqda meymunçiçəyi aşkarlanıb
Almaniyada ilk dəfə beş yaşdan kiçik uşaqda meymunçiçəyi virusu aşkar edilib.
Trend-in məlumatına görə, bu barədə Virusologiya İnstitutunun hesabatında deyilir.
Məlumata əsasən, yoluxma faktı sentyabrın ilk günlərində qeydə alınıb. Hazırda bu fakt ətraflı şəkildə tədqiq olunur.
Bu, dünyada 5 yaşdan kiçik uşaqlarda qeydə alınan ilk meymunçiçəyi yoluxması olub.
Qeyd edək ki, meymunçiçəyi bu günədək 100 ölkədə yayılıb. Xəstəliyə 53 mindən çox şəxs yoluxub, 15 nəfər ölüb.
Trend.az