Sionist rejim fələstinli döyüşçüləri hədəf almaq üçün pilotsuz təyyarələrdən istifadə edir/İordan çayının qərb sahilində şəhidlik əməliyyatları artıb

Sionist rejim fələstinli döyüşçüləri hədəf almaq üçün pilotsuz təyyarələrdən istifadə edir/İordan çayının qərb sahilində şəhidlik əməliyyatları artıb

İordan çayının qərb sahilində sionist rejimin cinayətlərinə qarşı fələstinli döyüşçülərin müqavimətinin artması bu rejimin ordu rəislərinin öz döyüş təyyarələrindən fələstinlilərə qarşı istifadə etmələrinə səbəb olub.

Çərşənbə günü verilən məlumata görə, sionist rejimin 11-ci kanalının hərbi müxbiri elan edib ki, İsrail ordusunun komandirləri ilk dəfə olaraq Fələstin müqavimət döyüşçülərini hədəf almaq üçün döyüş pilotsuz uçan aparatlarından istifadə etməyə başlayıblar.

İordan çayının qərb sahilində fələstinli döyüşçülərin silahlı müqavimətinin artmaqda olması sionist hakimiyyət orqanları üçün böyük problemə çevrilib. Nəticədə onlar pilotsuz təyyarələrdən istifadə edirlər ki, bu da sionistlərin müqavimət döyüşçülərinə qarşı çarəsizliyini göstərir.

Bu gün sionist “Yediot Aharnot” qəzeti avqust ayını “zorakılıq ayı” kimi xarakterizə edib və elan edib ki, bu ayda İordan çayının qərb sahilində şəhadət əməliyyatlarının əhəmiyyətli dərəcədə artmasının şahidi olduq.

Bu sionist qəzet etiraf edib ki, bundan əvvəlki ayda, iyulda 113 əməliyyat (fələstinlilərin sionistlərə qarşı şəhadət əməliyyatı) həyata keçirilib, bu ayda isə 172 əməliyyata çatıb ki, bu əməliyyatlardan 23-də silahdan istifadə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − four =