Türkiyədə İŞİD terror təşkilatının yüksək səviyyəli idarəçilərindən biri saxlanılıb
Türkiyədə İŞİD terror təşkilatının yüksək səviyyəli idarəçilərindən biri olan şəxs saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, terror təşkilatının yüksək səviyyəli idarəçilərindən olan “Əbu Zeyd/Ustad Zeyd” kod adlı terrorçu Bəşər Hattab Qəzal Əl Sumaidai Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Trend.az