Moskva: Suriyada “Cəbhətun-Nusrə” terror qruplaşmasının 20 lideri öldürülüb

Moskva: Suriyada “Cəbhətun-Nusrə” terror qruplaşmasının 20 lideri öldürülüb

Rusiyanın Suriyadakı Barışıq Mərkəzi Suriyada hava hücumu nəticəsində “Cəbhətun-Nusrə” (Ən-Nusrə Cəbhəsi) terror qruplaşmasının 20-dən çox liderinin öldürüldüyünü açıqlayıb.

Rusiya Barışıq Mərkəzinin müavini Oleq Eqorov “Russia Today” xəbər kanalının dünən dərc etdiyi mətbuat bəyanatında deyib: Rusiya qüvvələri cümə axşamı günü İdlib əyalətində Əbu Suluh ləqəbli Siracəddin Muxtarovun olduğu üsyançı milislərin düşərgəsinə hava zərbəsi endirib və nəticədə Tövhid və Cihad briqadasının lideri öldürülüb.

Yeqorov əlavə edib ki, bu hücumda “Cəbhətun-Nusrə” terror qruplaşmasının 20-dən çox lideri öldürülüb, onlar bu təşkilatın üzvlərinə döyüşmək və təxribat əməliyyatları aparmaq üçün məsul olan şəxslərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × three =