Antiqua və Barbuda Britaniya Millətlər Birliyindən çıxmağa hazırlaşır
Antiqua və Barbuda hökuməti qarşıdakı üç ildə Britaniya monarxiyasının hakimiyyətdən çıxması ilə bağlı respublika referendumunu keçirməyə hazırlaşır.
“Report” xəbər verir ki, bunu ada ştatının Baş naziri Qaston Braun ITV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, referendum Antiqua və Barbuda ilə monarxiya arasında fikir ayrılığının təzahürü deyil.
“Bu, müstəqillik dövrəsini tamamlamaq, həqiqətən də suveren ölkə olmaq üçün son addımdır”, – siyasətçi bildirib.
Braun, həmçinin “yaxın üç il ərzində” səsvermə təşkil etmək niyyətində olduğunu əlavə edib.
Report.az