Kraliçanın zinyət əşyaları kimə qalacaq? -Video

Kraliçanın zinyət əşyaları kimə qalacaq? -Video

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, daş-qaş və qiymətli əşyalardan ibarət olan bu mirasın bir hissəsi Kral Çarlza, Çarlzın həyat yoldaşı Kamillaya və Uels şahzadəsi Keytə keçəcəyini bildirilib.

Kral şərhçisi Coş Rom “The Sun”a açıqlamasında ,”Yəqin ki, onun şəxsi kolleksiyasındakı əşyalar sevdiklərinə veriləcək. Kolleksiyanın böyük hissəsi həyat yoldaşı Kraliça Kamilla ilə birlikdə Çarlzın payına düşür”, – deyə bildirib.
Lakin Kraliçanın mirasından zinət əşyalarını miras alan ailə üzvləri 40 faiz miras vergisi ödəməlidirlər. Bu səbəbdən bəzi əşyaların dəyəri hesablanacaq.

Qeyd edək ki, İngiltərə kraliçası II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində 96 yaşında dünyasını dəyişib. Kraliçanın ölümündən sonra Elizabetin oğlu Çarlz kral olub. Çarlzın böyük oğlu Uilyam atasının yerinə keçərək Uels Şahzadə təyin edilib. Uilyamın həyat yoldaşı Keyt isə şahzadə Dianadan sonra heç kimə verilməyən Uels şahzadəsi yerinə layiq görülüb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 10 =