Növbəti TƏXRİBAT TƏLƏSİ: İrəvan NƏYƏ nail olmaq istəyir -SENSASİON DETALLAR

Növbəti TƏXRİBAT TƏLƏSİ: İrəvan NƏYƏ nail olmaq istəyir -SENSASİON DETALLAR

Bunu Publika.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay deyib.

Ermənistanın Azərbaycanla cəbhə xəttindəki son təxribatlarına münasibət bildirən türkiyəli ekspertin fikrincə, Kreml Qarabağın dağlıq hissəsində müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlıların burada qalma müddətinin artırılmasını istəyəcək:

“Bu baş verərsə, vəziyyətdən ən çox qazanan Rusiya tərəfi olacaq. Azərbaycan hər fürsətdə bildirir ki, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmir. Buna baxmayaraq, problemin həllində hər hansı bir ciddi irəliləyiş yoxdur. Eyni zamanda, bu o deməkdir ki, ermənilər təxribatlardan əl çəkməsələr, Azərbaycan yenidən savaş kartından istifadə edə bilər. 15 sentyabrda Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatının növbəti toplantısı baş tutacaq. Azərbaycanla sərhəddə baş verən son təxribatlar Türkiyə və Rusiya arasında gərginliyə də səbəb ola bilər. Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında Türkiyə ilə Rusiyanı üz-üzə gətirməyə çalışacaq”.

QAFSAM sədri bildirib ki, Ermənistan bu təxribatlarla başqa planları da həyata keçirməyə can atacaq:

“Biz bundan da narahatıq. Eləcə də 20 sentyabrda BMT-nin 77-ci sessiyası keçiriləcək. Belə bir tədbirdən öncə Ermənistan bütün diqqətləri Cənubi Qafqaza yönəltməyə çalışacaq. İrəvan bu istiqamətdə “beynəlxalq ictimaiyyətdən dəstək” istəyəcək. Elə ABŞ-ın da baş verən hadisələrlə bağlı son bəyanatları əslində bu yöndədir. Yəni, baş verən atışmalar regional savaşa çevrilə bilər. Ona görə də bunun önünə keçmək lazımdır. Ara sakitləşməli, atəşkəs elan olunmalı və tərəflər soyuqqanlı şəkildə prosesləri tənzimləməyə çalışmalıdır. Çünki bu nüans Ermənistan üçün Rusiyaya tamamilə bağlanmaq şəklində təzahür edilə bilər. Elə buna görə də İrəvandakı müxalif düşərgə hər yolla təxribatlara əl atır ki, öz istəyinə nail olsun. Hətta İranın, ABŞ-ın və Avropa Birliyinin Ermənistanın lehinə, Azərbaycanın əleyhinə açıqlamaları da bölgədə yeni hərbi toqquşmaların önünü aça bilər. Ona görə də Azərbaycan bu məsələdə son dərəcə diqqətli olmalıdır”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + nineteen =