Kərbəlanın 95 il əvvələ aid ən qədim görüntüsü-Video

Kərbəlanın 95 il əvvələ aid ən qədim görüntüsü-Video

Fransız fotoqraf və videoqraf Fridrick Godmerin 1927-ci ildə çəkmiş olduğu Kərbəla şəhəri və Həzrət Seyyidüş-Şühədə İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəminin ən qədim və ən tarixi filmi rəngləndirilib və dublyaj edilib.

1927-ci ildə fransız fotoqrafı və videoqrafı “Fridrick Godmer” tərəfindən çəkilmiş bu film Beheşte Bəqi qrupu tərəfindən dublyaj edilmişdir.

Miladi 1927-ci ildə İraqda çəkilmiş olan bu qısametrajlı filmdə operator İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmlərini tanıtmaq üçün uyğun planlar göstərməyə çalışsa da, qeyri-müsəlmanlar üçün mövcud olan məhdudiyyətlərə görə o, kamerasını ziyarətgahların içinə apara bilməyib.

Bu görüntülər tarixi baxımdan çox dəyərlidir və tarixi və mühüm sənəd kimi tanınır və hətta aparılan araşdırmalar əsasında indiyədək ondan köhnə film tapılmayıb.

Filmin hərəmin günbəzinin və çələnglərinin görünüşünün göründüyü hissəsində aparılan araşdırmalara görə, bu, Həzrət Abbasın (ə) hərəmi ilə bağlıdır.

İmam Hüseynin (ə) Ərbəin mərasimində nümayiş etdiriləcək olan bu filmdə ilk dəfə Kərbəlanın 95 il əvvəlli vəziyyətini müşahidə edə biləcəksiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 4 =