“Dənizdən qətlgaha” karvanı təyinat yerinə çatdı: Bayraq imam Hüseyn (ə) hərəminə təqdim edildi-Foto
İraqın Xalq Səfərbərlik Təşkilatı (Həşdi Şəbi) şəkillər yayımlayaraq “Dənizdən qətlgaha” karvanın Kərbəlaya gəldiyini və bayrağını imam Hüseyn (ə) hərəminə təqdim etdiyini elan edib.
Bu gün (çərşənbə, 14 sentyabr) İraqın Həşdi Şəbi təşkilatının informasiya saytında “Dənizdən qətligaha” (Min bəhr ilə nəhr) karvanının bu təşkilatın nəzarəti altında Bəsrə vilayətindən Kərbəlaya yola düşərək təyinat yerinə gəlişinin şəkilləri dərc olunub.
Bu xəbərə görə, bu karvanın bayrağı bir neçə dəqiqə əvvəl imam Hüseyn (ə) hərəminə təqdim edilib.
İraqın cənubundakı Bəsrə vilayətindən Kərbəlaya doğru başlayan imam Hüseynin (ə) əzəmətli Ərbəin yürüşü bu il İraq Xalq Səfərbərlik Təşkilatının nəzarəti altında “Dənizdən qətligaha” şüarı ilə avqustun 27-də başlayıb və bu gün Karvanın böyük bayrağı imam Hüseyn (ə) hərəminə təqdim olunub.
Zəvvarlar və İmam Hüseynin (ə) aşiqləri bu yürüşdə Bəsrə vilayətində yerləşən Fav şəhərinin Rəsəl-Bişeh bölgəsindən 600 kilometrlik məsafəni qət edərək, bu bayrağı İmam Hüseyn (ə) üçün daşıyaraq Kərbəlaya qədər gediblər. Beləliklə, onlar İmam Hüseynlə (ə) bir daha əhdlərini təzələdilər.
Bu möhtəşəm yürüş iştirakçılarının fikrincə, bu addım bütün şəhidlərin ruhuna bir hədiyyədir və onların başında İŞİD üzərində qələbənin komandirləri şəhid general Hacı Qasim Süleymani və Hacı Əbu Mehdi Əl-Mühəndis dayanır. Bu yürüşün iştirakçıları əllərində Həşdi Şəbi bayraqları və İŞİD-ə qarşı döyüşən şəhidlərin şəkilləri olduğu halda, bu gün Kərbəlaya daxil olublar.