Rusiyaya qarşı sanksiyaları qəbul etmirik və tanımırıq – Rəisi

Rusiyaya qarşı sanksiyaları qəbul etmirik və tanımırıq – Rəisi

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi ŞƏT-in Özbəkistanda keçirilən sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib.

“İkitərəfli münasibətlərin inkişafına ciddi yanaşırıq. Münasibətlərimiz adi deyil, strateji xarakter daşıyır. Əməkdaşlıq bundan sonra da siyasi, ticari, iqtisadi, eləcə də kosmos və aviasiya sahələrində davam edə bilər”, – Rəisi bildirib.

Qərbin cəza siyasətindən danışan İran prezidenti bunun nəticələrinin zərərsizləşdirilə biləcəyini iddia edib:

“Rusiyaya qarşı sanksiyaları qəbul etmirik və bunları rəsmən tanımayacağıq, ticari-iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindəyik. ABŞ-ın Rusiya və İran kimi sanksiyalar tətbiq etdiyi ölkələrin əməkdaşlığı problemlərin önəmli hissəsini həll edə bilər”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 1 =