Rusiya və ABŞ-ın bu addımı bəşəriyyətin sonu olacaq -ŞOK

Rusiya və ABŞ-ın bu addımı bəşəriyyətin sonu olacaq -ŞOK

Publika.az xəbər verir ki, bunu Taihe Analitik Mərkəzinin baş elmi işçisi Çen Haoyanq RİA Novosti-yə bildirib.

Onun sözlərinə görə, Üçüncü Dünya Müharibəsi Ukraynada müharibə başlayandan sonra dünya mediasında tez-tez müzakirə obyektinə çevrilib.

“Birincisi, hər kəs ABŞ və NATO ölkələrinin Rusiyaya qarşı birbaşa müharibədə iştirak etmək üçün qoşun göndərə biləcəyindən danışır. İkincisi, Rusiya ordusunun taktiki nüvə silahından istifadə etməsinin mümkün olub-olmamasıdır. Üçüncüsü isə, ilk iki amil əsasında iki tərəf arasında ziddiyyətlərin və münaqişələrin daha da kəskinləşməsi halında, daha yüksək səviyyəli silah və texnikanın, o cümlədən, strateji nüvə silahlarının istifadə edilib-edilməyəcəyidir”, – Haoyanq vurğulayıb.

O izah edib ki, taktiki nüvə silahından istifadə “bəşəriyyətin son fəlakətinə – Üçüncü Dünya Müharibəsinə” gətirib çıxaracaq.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − five =