İraqın Milli Hikmət cərəyanı: Ərbəin mərasiminin canlı yayımı olmasaydı, deyərdilər ki, mübaliğə edirsiniz

İraqın Milli Hikmət cərəyanı: Ərbəin mərasiminin canlı yayımı olmasaydı, deyərdilər ki, mübaliğə edirsiniz

İraqın Milli Hikmət cərəyanının sözçüsü vurğulayıb ki, əgər imam Hüseynin (ə) Ərbəin mərasimi və İmam Hüseyn (ə) aşiqi olan müxtəlif zəvvar karvanlarının Kərbəlaya doğru hərəkəti canlı yayımlanmasaydı, yalançılar və təhrifçilər bunların mübaliğə və şişirdilmə olduğunu söyləyərdilər.

İraqın Milli Hikmət hərəkatının sözçüsü Nofəl Abu Ruğəyf Twitter səhifəsində yazıb:

 “Ərbəin mərasimində həyata keçirilən xidmətlər, verilən bəxşişlər, göstərilən sədaqət və dostluq əfsanə kimidir.”

O, əlavə etdi: “Bəşəriyyətin bütün qitələrdə heyrətlə danışdığı bu mərasimin gedişatı ilə bağlı xəbərlər canlı və birbaşa işıqlandırılmasaydı, tarix boyu hər şeyi təhrif edənlər və böhtançılar bunun mübaliğə olduğunu söyləyərdilər.”

Beynül-Hərəmeyndə, İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmlərinin ətrafındakı küçələrdə bu günlərdə Ərbəin ərəfəsində müxtəlif yerlərdən Kərbəlaya bir neçə gün öncədən piyada səfər edən zəvvarlar var.

Bu zəvvarların bəziləri, o cümlədən Bəsrədən Ərbəin yürüşünə başlayanlar 18-20 gündür yolda omuş, ayrılıq həsrətini yüngülləşdirmək üçün piyad şəkildə və ayaqları şişmiş halda İmam Hüseynin (ə) hərəminə gəliblər.

İmam Hüseyninin (ə) Ərbəinin mərasiminin görüntüləri təkcə bu zəvvarların İmam Hüseynin (ə) əzadarlıq mərasimində iştirak etmək istəyi ilə məhdudlaşmır, müxtəlif əyalətlərdə iraqlılar zəvvarları sevgi ilə və heç bir gözlənti olmadan qarşılayırlar.

Biri evini zəvvarlara verir, biri maşını, biri zəvvarların gediş haqqını ödəyir, digəri zəvvarları istirahət yerinə aparır və ayaqlarını su ilə yuyur.

Bu günlərdə iraqlı qadınlar da Ərbəin zəvvarlarını öz evlərində qonaq edir, zəvvarlar üçün növbənöv yemək bişirir, Ərbəin zəvvarlarına xidmət edir və özlərini imam Hüseyn (ə) zəvvarların xidmətçisi hesab edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 3 =