Yəmənin müdafiə naziri: Biz Ənsarullah liderinin neft talançılarına cavab vermək üçün əmrini gözləyirik

Yəmənin müdafiə naziri: Biz Ənsarullah liderinin neft talançılarına cavab vermək üçün əmrini gözləyirik

Səudiyyə koalisiyası tərəfindən Yəmən neftinin talan edilməsi ilə bağlı çoxsaylı xəbərlərin dərcindən sonra Sənanın müdafiə naziri xəbərdarlıq edib ki, Ənsarullah liderinin təyin etdiyi zaman bu ölkə ordusu düşmənə cavab verməyə hazırdır.

Yəmənin müdafiə naziri Məhəmmədnasir Əl-Atifi bu gün (çərşənbə günü) Sənada Yəmən Silahlı Qüvvələrinin Tibb və Sağlamlıq Elmləri Kollecinin açılışı zamanı Səudiyyə koalisiyasına xəbərdarlıq edib.

Yəmənin rəsmi xəbər agentliyinin (Səba) xəbərinə görə, general-mayor Məhəmmədnasir Əl-Atifi bu mərasimdə bildirib ki, atəşkəsin üçüncü mərhələsinə baxmayaraq, Amerika, Səudiyyə və BƏƏ təcavüzkar koalisiyasının inadkarlığı və təkəbbürü, hər zamankindən daha çox bu ölkələrin Yəmənə qarşı niyyətləri və gizli nifrətini, qərbli müstəmləkəçilərin Yəmənin resurslarına və bu ölkənin strateji mövqeyinə hərisliyini göstərir.

Yəmənin müdafiə naziri çıxışının başqa bir hissədə deyib: “Biz işğalçıların planlarından və ölkəmizin şərq əyalətlərinin neft və qaz obyektlərini ələ keçirmək və orada hökmranlıq etmək üçün onların rəqabətindən və Yəmən neftini planlaşdırılmış şəkildə talan etmələrindən tam məlumatımız var.”

O, daha sonra Yəmən silahlı qüvvələrinin ölkə xalqının sərvətlərini qorumağa qadir olduğunu vurğulayaraq, Yəmən ordusunun Ənsarullah liderinin müəyyən etdiyi zaman talançılara cavab verməyə və düşmənə qarşı hərəkətə keçməyə hazır olduğunu bildirib.

General-mayor Əl-Atifi həmçinin Yəmən silahlı qüvvələrinin hərbi imkanlarının inkişafına işarə edərək deyib: Yəmən xalqının iradəsinin qırılmasını gözləmək qeyri-mümkündür, çünki Yəmən xalqı ilahi himayəyə inanır.

Yəmən mənbələri ötən həftələr ərzində Səudiyyə koalisiyası tərəfindən ölkə neftinin talan edilməsi barədə dəfələrlə məlumat verib. Ərəb koalisiyasının başında duran və ABŞ-ın dəstəklədiyi Səudiyyə Ərəbistanı 2014-cü il aprelin 6-dan Yəmənin istefa vermiş prezidentini hakimiyyətə qaytarmağa çalışmaq iddiası ilə Yəmənə qarşı hərbi təcavüz edib və ölkəni qurudan, hava və dənizdən blokadaya alıb.

Bu hərbi təcavüzlə Səudiyyə koalisiyası heç bir məqsədinə nail ola bilmədi və yalnız on minlərlə yəmənlinin həlak olması və yaralanması, milyonlarla insanın didərgin düşməsi, ölkənin infrastrukturunun dağıdılması, aclıq və yoluxucu xəstəliklərin yayılması ilə nəticələndi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 2 =