Məşhur futbolçu kraliça ilə vidalaşmaq üçün 12 saat gözlədi -VİDEO

Məşhur futbolçu kraliça ilə vidalaşmaq üçün 12 saat gözlədi -VİDEO

Publika.az xəbər verir ki, ulduz futbolçu gecə saatlarında növbədə öz yerini alıb və sadə vətəndaşlar ilə öz növbəsini gözləməyə başlayıb.

Növbəsi çatdıqda isə Bekhem kraliçanın tabutu yanında dayanaraq onunla vidalaşıb.

Daha sonra jurnalistlərə açıqlama verən Bekhemin sözlərinə görə, ona Britaniya imperiyasının ordeninin verilməsi həyatında ən xüsusi an olub.

Xatırladaq ki, kraliça II Elizabetin cənazəsi sentyabrın 14-dən etibarən Londonda Vestminster sarayındadır. Kraliça ilə vidalaşmaq istəyənlər sentyabrın 19-na kimi saraya gələrək bunu edə bilərlər. Belə ki, kraliça sentyabrın 19-u dəfn ediləcək.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × four =