Marsdakı tapıntı alimləri HEYRƏTLƏNDİRDİ:burada həyat olub

Marsdakı tapıntı alimləri HEYRƏTLƏNDİRDİ:burada həyat olub

NASA alimləri Marsda daha bir tapıntını kəşf ediblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, NASA-nın “Perseverans” cihazı Marsda həyatın mövcud ola biləcəyinə ən böyük sübut kimi “üzvi maddə” kəşf edib. Uzun illər Cezero Krateri adlı qədim gölün sirlərini axtaran agentliyin məqsədi Marsda qədimdə mövcud olan bioloji həyatı tapmaqdır.

Bunun üçün planetdə 45 km ərazidə olan qayalar və digər relyefdə araşdırmalar aparılıb. Nəticədə Cezero Krateri gölündə 12 tapıntı aşkarlanıb ki, bunlardan biri də məhz üzvi maddələrdir. Alimlərin sözlərinə görə, həmin üzvi maddələr Marsda qədim zamanlarda sivilizasiyanın olduğuna işarədir. Maddələrin müayinəsi zamanı onların tərkibində sulfat mineralları ilə əlaqəli olan üzvi molekullar sinfi də müəyyən edilib.

Üzvi molekullar üzvi maddələri yaradır. Bu isə canlı orqanizmlərdə gedən proseslər zamanı baş verir.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + one =