Yəmənin Ənsarullahının İraqdakı nümayəndəsi: Yəmən xalqı İmam Hüseyn dən (ə) ilham alaraq çətinliklərə sinə gərir – Video

Yəmənin Ənsarullahının İraqdakı nümayəndəsi: Yəmən xalqı İmam Hüseyn dən (ə) ilham alaraq çətinliklərə sinə gərir – Video

Yəmənin Ənsarullah hərəkatının İraqdakı nümayəndəsi deyib: Yəmənlilər zülmlə mübariəz aparan İmam Hüseynin (ə) cihadından ilhamlanırlar. Yoxsa, yəmənlilər şəhidlərdən nümunə götürmədən bu çətinliklərə sinə gərə bilməzdilər.

Ərbəin günlərində vəzifə və məqamın heç bir mənası yoxdur. Hər kəs İmam Hüseynə (ə) məhəbbətinə xatir Ərbəin zəvvarlarına xidmət edir.

Bu arada Yəmənin Ənsarullah Hərəkatının nümayəndəsi Məhəmməd Əhməd Əl-Qəlbi də İraqda idi və Ərbəin zəvvarları üçün məkanın təmizlənməsi ilə məşğul olurdu.

Bu ölkə xalqının Əba Abdullaha (ə) sədaqətini və Ərbəin mərasimində necə iştirak etdiyini öyrənmək üçün onunla Ərbəinin mərasimi və bu günlərdə bir çox problemlərlə üzləşən Yəmən xalqının çətinlikləri haqqında söhbət etdik.

Yəmənin Ənsarullah hərəkatının İraqdakı nümayəndəsi Məhəmməd Əhməd Əl-Qəlbi müsahibəsində deyib: Peyğəmbərin (s) Əhli-beyti və İmam Hüseynin (ə) başına gələn müsibətləri yad etmək üçün Ərbəin mərasimində iştirak edirik.

Biz buradayıq və Əhli-beytə (ə) məhəbbətimizi bildirir və demək istəyirik ki, biz onların dostları ilə dost, düşmənləri ilə düşmənik.

O, Yəmən xalqının İmam Hüseyni (ə) ziyarət etməkdə çətinlik çəkdiyinə işarə edərək əlavə edib: Yəməndən məhdud sayda təyyarə Nəcəfə çatmaq üçün İordaniyaya uça bilər, bu uçuşlar xəstələr və xüsusi şəxslər üçündür.

Yəmənlilər Seyidüş-Şühədadan (ə) nümunə götürmədən çətinliklərə dözə bilməzdilər.

Əl-Qəlbi bildirdi ki, Həzrət Peyğəmbərin (s) Əhli-beytinin məhəbbəti İmam Əlinin (ə) Yəməndə olduğu vaxtdan bəri Yəmən xalqının qəlbində kök salmışdır.

Ərbəin təkcə şiələr və müsəlmanlar üçün deyil. O, Ərbəinin təkcə şiələr və hətta müsəlmanlar üçün olmadığına işarə edərək, belə davam etdi: Ərbəin bütün Əhli-beyti (ə) sevənlərə aiddir. Bu səbəbdən Peyğəmbər (s) və Əhli-beytin (ə) sünnəsinin hər yerdə aktual olduğunu görürük.

Milyonlarla Ərbəin zəvvarının olması müsəlmanların İmam Hüseyn (ə) ilə yaxından tanış olduğunu göstərir.

Müsəlmanların yeganə birliyi İmam Hüseynin (ə) bayrağı altında formalaşır.

O dedi: Deməli, əgər müsəlmanların birliyini axtarırıqsa, İmam Hüseynin (ə) məqsədlərindən, zülm və zalımlara qarşı mübarizəsindən danışmaqdan başqa yol yoxdur. Sonda sizə təşəkkür edirəm və Allaha şükür edirəm ki, bizə bu ziyarətdə iştirak etməyi nəsib etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =