Hindistanda meymunçiçəyinə 14 yoluxma aşkarlanıb

Hindistanda meymunçiçəyinə 14 yoluxma aşkarlanıb

Nyu-Dehlidə həkimlər Hindistanın paytaxtında 9-cu, ölkədə isə meymunçiçəyi xəstəliyinə 14-cü yeni yoluxma halı qeydə alıblar.

“Report” xəbər verir ki, bu barədə “Press Trust of India” agentliyi məlumat yayıb.

Məlumata görə, Hindistana gələn 30 yaşlı nigeriyalı qadının testi müsbət çıxıb. Sentyabrın 16-da qadın qabarcıqlar və səpkilərlə şəhər xəstəxanasına daxil olub, analizin nəticələri bazar günü açıqlanıb, xəstəlik təsdiqlənib.

Nigeriya əsilli başqa bir xəstə bazar günü oxşar əlamətlərlə xəstəxanaya yerləşdirilib. Onun testlərinin nəticələri hələ açıqlanmayıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − five =