Monteneqroda koalisiya Lekiçi Baş nazir vəzifəsinə namizəd irəli sürüb

Monteneqroda koalisiya Lekiçi Baş nazir vəzifəsinə namizəd irəli sürüb

Monteneqroda 2020-ci il avqustun 30-da keçirilmiş seçkilərdə qalib gələn siyasi partiyalar respublikanın yeni Baş naziri vəzifəsinə Miodraq Lekiçin namizədliyini irəli sürüblər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu “Demokratik cəbhə” koalisiyasının liderlərindən biri Andriya Mandiç koalisiyanın mətbuat konfransında deyib.

“41 deputatın əksəriyyəti Miodraq Lekiçin namizədliyini irəli sürdü. Biz hamımız bu gün (dünən-red) onu dəstəklədik və Monteneqro Prezidentini bu imkandan istifadəmiz barədə xəbərdar etməyə razılaşdıq”, – Mandiç bildirib.

Qeyd edək ki, “Demos” Partiyasına keçmiş diplomat Lekiç rəhbərlik edir. O, parlamentdə Xarici Siyasət və Məskunlaşmalar Komitəsinin rəhbəri vəzifəsində çalışıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + eleven =