Sionist ekspert: İsrail Nəsrullahın təhdidlərindən qorxaraq qaz hasilatını təxirə saldı

Sionist ekspert: İsrail Nəsrullahın təhdidlərindən qorxaraq qaz hasilatını təxirə saldı

Sionist ekspert etiraf edib ki, İsrail Hizbullahın baş katibinin təhdidlərindən qorxaraq qaz hasilatını təxirə salıb və texniki səbəblər bəhanədir.

Sionist rejimin hakimiyyət orqanları dəniz sərhədlərinin müəyyən edilməsi məsələsində Livanla razılığa gəlmək istəklərinin Hizbullah qorxusu ilə bağlı olmadığını göstərməyə çalışsa da, bu rejimin dairələri və ekspertləri İsrailin Seyid Həsənin təhdidlərini öz üzərinə götürdüyünü vurğulayırlar. Hizbullahın baş katibi Nəsrullah çox ciddidir.

Sionist rejim televiziyasının diktoru Udi Siqel bu kontekstdə deyib: “İsrailin baş naziri Yair Lapid Livanla razılaşma axtarışında olduğunu demək istəyir, lakin hazırda belə görünür ki, İsrail Nəsrullahın hədələrinə qulaq asıb və indi öz yatağından qaz çıxarmır.”

Sionistlərin 12-ci telekanalının ərəb məsələləri üzrə eksperti Tsvi Yehzekili də bu kontekstdə qeyd edib: Baş nazirin bəyanatından belə başa düşdüm ki, qazın çıxarılmaması texniki səbəblərdən deyil, əksinə Nəsrullahın hədələrinin böyük təsiri olub. İsraillə bağlı texniki problemlərin olduğunun söylənilməsi qaz hasilatı əməliyyatlarının dayandırılmasına bəhanədir.

O, əlavə edib ki, bəli, İsrail qaz hasilatı və razılaşma əldə etmək istəyirdi, lakin bu baş vermədi. İndi Livanla razılaşmanı sürətləndirmək üçün çağırışlar edilir.

Dünən hətta ivritdilli medianın da qeyri-adi kimi xarakterizə etdiyi şərhdə İsrail baş nazirinin sözçüsü Tel-Əvivin dəniz sərhədlərinin demarkasiyası ilə bağlı Livanla ortaq həllə nail olmağa hazır olmasından danışıb.

İbrani Walla internet saytı sionist rejimin baş nazirinin bəyanatından sitat gətirərək yazıb: İsrail hesab edir ki, Livanla dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı hər iki tərəfin mənafeyinə uyğun bir razılaşma əldə olunması mümkün və hətta zəruridir.

Sionist “Haaretz” qəzeti də xəbər verib ki, Amerika Birləşmiş Ştatları dəniz sərhədi böhranının həlli üçün İsrail və Livana yeni təklif təqdim edib.

Lakin Livanla sərhədlərin müəyyən edilməsi məsələsində sionist rəsmilər arasında gərginlik və fikir ayrılıqları davam edir və onlar Seyid Həsən Nəsrullahın təhdidləri qarşısında vahid mövqe tuta bilməyiblər.

Bu kontekstdə sionist rejimin 12-ci telekanalı sionist rejim ordusunun ehtiyatda olan zabiti və bu rejim ordusunun əməliyyat qolunun keçmiş komandiri İsrail Zivə istinad edərək, Nəsrullahın İsrail ordusu üçün ən mühüm təhlükə olduğunu elan edib. Buna görə də təhlükəsizlik və hərbi qurumların onun xarakteri və davranışını izləməsi həmişə gündəmdə olub.

Bu sionist general əlavə etdi ki, ilk növbədə Nəsrullaha ciddi yanaşmaq lazımdır, o, həmişə sözünün üstündə durur və onun niyyətini heç vaxt başa düşə bilməzsən.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − eight =