Səfərbərlik xəbərinin ardından ruslar ölkədən QAÇIR – Vizasız ölkələrə biletlər tükəndi

Səfərbərlik xəbərinin ardından ruslar ölkədən QAÇIR – Vizasız ölkələrə biletlər tükəndi

Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik elan etdikdən sonra ölkədə çaxnaşma mühiti hökm sürür.

BAKU.WS RBC-ya istinadən xəbər verir ki, 300 min nəfəri əhatə edən səfərbərlik elanının ardından Rusiyadan Türkiyə, Azərbaycan və Ermənistana bütün uçuş biletləri bir neçə dəqiqə ərzində satılıb.

Bundan əlavə, qonşu ölkədə tək tərəfli təyyarə biletlərinin qiyməti 2800 manata qədər bahalaşıb.

Rusiyaya çarter reysləri həyata keçirən “Aeroflot”, “Azimut”, “S7” və “Rossiya Hava Yolları” kimi şirkətlərlə yanaşı, Rusiyaya uçuşlar həyata keçirən Türk Hava Yollarının da biletləri tükənib. 

Rusiyadan qonşu ölkələrə getmək istəyənlər üçün təyyarə biletləri 10 günə tapıla bilər. Panika səbəbilə Rusiya aviasiya idarələri hələ bir açıqlama verməyiblər. 

Moskva-Tbilisi kimi tranzit marşrutlarında yer qalmadığını göstərən Aviasales məlumatlarına görə, paytaxtdan Dubaya ən ucuz biletin qiyməti də 5000 dollara qalxıb.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + eighteen =