Yəmənlilərin 21 sentyabr inqilabının ildönümü ilə bağlı geniş yürüşü-Foto

Yəmənlilərin 21 sentyabr inqilabının ildönümü ilə bağlı geniş yürüşü-Foto

Bu gün 21 sentyabr inqilabının 8-ci ildönümü münasibəti ilə Yəmənin Səədə vilayətində bu inqilaba dəstək üçün kütləvi xalq yürüşü keçirilir.

Səədə vilayətində kütləvi yürüşün başlaması ilə eyni vaxtda Yəmənin paytaxtı Səna əhalisi də bu günü qeyd etməyə hazırlaşır və Səna səmasında helikopterlərdən şokolad, şirniyyat paketləri yerə səpilir. Əl-Məsirə kanalı həmçinin müxtəlif proqramlar, o cümlədən dövlət himnləri və Ənsarullah liderinin çıxışları yayımlayaraq, ölkə boyu genişmiqyaslı yürüşün başlanmasına hazırlığı elan edir.

“Əl-Məsirə” şəbəkəsinin xəbər saytının məlumatına görə, Yəmənin Səədə əyaləti 21 sentyabr inqilabının 8-ci ildönümü ilə bağlı genişmiqyaslı ictimai yürüşün şahidi olur.

Bu xəbərə görə, bu yürüş iştirakçıları əllərində Yəmən bayraqları və Yəmənin Ənsarullah hərəkatının şüarı olan bayraqlar, həmçinin Yəmən Ənsarullahının sabiq lideri Hüseyn Bədrəddin Əl-Husinin və indiki lideri “Əbdülməlik Bədruddin Əl-Husinin şəkilləri olan plakatları tutublar. Onlar inqilab və azadlığı dəstəkləyən və Yəmənə qarşı təcavüzü pisləyən şüarlar səsləndiriblər.

Bu yürüş zamanı bəzi mülki və siyasi məmurların və xadimlərin çıxışları və şeir oxunması ilə yanaşı, 21 sentyabr inqilabının gətirdiyi köklü dəyişiklik və Amerikanın Yəmən üzərində hakimiyyətinə son qoyulması, eləcə də Yəməni müharibə vəziyyətindən və ölkənin parçalanmaqdan necə xilas etməyin yolları vurğulanıb.

Bu çıxışlarda Yəmənin silahlı qüvvələri və onun müxtəlif səviyyələrdə əldə etdiyi uğur və nailiyyətlər təqdir edilib və bu yürüşdə iştirak edənlər tam qələbənin reallaşmasına qədər sabitliyin artırılmasına və Yəmənə qarşı Amerika-Səudiyyə təcavüzü ilə mübarizəyə təkid ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 − one =