İsrailin Baş naziri: “Britaniya Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsini nəzərdən keçirir”
“Böyük Britaniyanın Baş naziri Liz Tras İsraildəki səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi məsələsini nəzərdən keçirir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Yair Lapid BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Nyu-Yorkda Tras ilə görüşdən sonra tviterdə yazıb.
“Böyük Britaniya səfirliyinin Qüdsə köçürülməsi məsələsinə müsbət yanaşdığını bildirən Britaniyanın Baş naziri, dostum Liz Trasa təşəkkür edirəm”, – paylaşımda deyilir.
Report.az