Ermənilər səhərədək 3 rayonumuzu atəşə tutub

Ermənilər səhərədək 3 rayonumuzu atəşə tutub

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 22-si saat 23:45-dən sentyabrın 23-ü saat 8:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı,  Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi, Kəlbəcər rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + seventeen =