Təcavüzkar Səudiyyə koalisiyası Sənadakı möhtəşəm paraddan sonra danışıqlarda geri oturub

Təcavüzkar Səudiyyə koalisiyası Sənadakı möhtəşəm paraddan sonra danışıqlarda geri oturub

Xəbər mənbələri Sənanın Əs-Səbin meydanında böyük parad keçirdikdən sonra təcavüzkar Səudiyyə koalisiyasının Yəməndəki müharibəni dayandırmaq üçün aparılan danışıqlarda açıq şəkildə geri oturdulduğunu açıqlayıb.

Mehr xəbər agentliyinin məlumata görə, qeyri-rəsmi xəbər mənbələri Sənanın “Əs-Səbin” meydanında böyük parad keçirdikdən sonra təcavüzkar koalisiyanın müharibənin bitirilməsi ilə bağlı danışıqlarda açıq şəkildə geri oturduğunu  açıqlayıb.

Bu xəbərə görə, bəzi qeyri-rəsmi mənbələr Sənada keçirilən böyük paraddan sonra Səudiyyə koalisiyası tərəfindən Yəmənin Milli Qurtuluş Hökumətinin daha çox şərtlərinin qəbul edildiyini açıqlayıb.

Buna əsaslanaraq, Ər-Riyadın kəşfiyyat mənbələrinə yaxın olduğu deyilən Əl-Şərtis-Səriyyə adlı istifadəçi hesabı Twitter sosial şəbəkəsindəki yazıb ki, Əs-Səbin meydanında keçirilən möhtəşəm Səna paradından sonra Milli Qurtuluş hökuməti ilə Səudiyyə koalisiyası arasında aparılan danışıqlar yaxşı keçdi.

O, daha sonra yazıb: Yəmənin şimalında müharibə demək olar ki, başa çatıb və cənublular da münaqişələri bitirməlidirlər, əks halda onlar nəinki hökumət qura bilməyəcəklər, həm də muxtariyyətlərini itirəcəklər.

Sözügedən Twitter istifadəçisi yazıb: O, bu məsələni Səna ilə də müzakirə edib və onlar da onun məlumatlarının düzgünlüyünü təsdiqləyiblər və bildiriblər ki, “Əl Mokha” bölgələri, “Marib” şəhəri və “Taiz” bölgələri istisna olmaqla əyalətin qalan məsələlərilə əlaqədar bir anlaşma əldə edildi.

Bu arada, Sənada keçirilən möhtəşəm parad və müharibəni dayandırmaq üçün danışıqlar prosesi ilə eyni vaxtda Səudiyyə təcavüzkar koalisiya qüvvələrinə ümidsizlik hökm sürür.

Qeyd edək ki, Yəmən silahlı qüvvələrinin çərşənbə günü keçirdiyi hərbi parad zamanı müxtəlif sistemlər və strateji çəkindirici silahlar və ballistik və qanadlı raketlər, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə raketləri və dəniz qüvvələrinin raketləri nümayiş etdirilib. Bu hərbi parad Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşatın və Yəmənin Milli Qurtuluş Hökumətinin siyasi, hərbi və təhlükəsizlik rəsmilərinin iştirakı ilə keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =