Rumın prezident: “NATO Rusiya ilə döyüşməyə hazırlaşmır”

Rumın prezident: “NATO Rusiya ilə döyüşməyə hazırlaşmır”

Publika.az xəbər verir ki, bunu Rumıniya prezidenti Klaus Yohannis bildirib

“Rumıniya döyüşməyə hazırlaşmır, necə ki, NATO Rusiya ilə döyüşməyə hazırlaşmır, lakin hər iki tərəfdən deeskalasiya olmalıdır”, – deyə rumın prezident vurğulayıb.

O qeyd edib ki, bütün NATO ölkələri arasında Ukrayna ilə ən uzun sərhədə Rumıniya malikdir.

Onun sözlərinə görə, Buxarest Kiyev və Moskva arasında sülh danışıqlarına ümid edir.

Qeyd edək ki, bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyyarto Rusiya ilə NATO arasında birbaşa münaqişənin qarşısını almağa çağırmışdı.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 8 =