Göydən ölü quşlar yağdı – Foto

Göydən ölü quşlar yağdı – Foto

Publika.az xəbər verir ki, hadisə İrlandiyada baş verib.

İrlandiya ətrafındakı çimərliklərdə və limanlarda ölü sümsük quşları tapılıb və ekspert biotəhlükəsizlik üçün real təhlükə yaradan vəziyyətlə bağlı təcili tədbirlər görməyə çağırıb. Hazırda İrlandiyada göydən düşən ölü quşlar ictimaiyyətdə də ciddi narahatlıq yaradıb. Ölkə boyu çimərliklərdə və limanlarda ölü quşların tapılması əhali arasında təşviş yaradıb.

Sözügedən hadisə yeni növ quş qripi qorxusuna səbəb olub. Son vaxtlar İngiltərədə də buna bənzər hadisələrin baş verməsi ciddi narahatlıq doğurub. Mütəxəssislər problemin İrlandiyaya da sirayət etməsindən narahatdırlar.

(Müsavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + thirteen =