Cənubi Koreyada CİDDİ HAZIRLIQ: Pxenyan sualtı qayıqdan…
Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb .
Hərbçilər Şimali Koreyanın Cənubi Hamqyonq əyalətinin Sinpo şəhərində təlim keçiblər. Bu məlumat kommersiya peyk görüntülərinə istinad edən ABŞ-ın beyin mərkəzinin bu həftəki məlumatlarına uyğundur.
“Biz Şimali Koreyanın SLBM ilə əlaqəli obyektlərini və fəaliyyətlərini yaxından izləyirik və tam hazırlıq vəziyyətindəyik”, – Cənubi Koreyalı hərbi rəsmi bildirib.
Agentlik qeyd edir ki, Şimali Koreyanın potensial təxribatı Cənubi Koreyanın ABŞ-ın vitse-prezidenti Kamala Harrisin sentyabrın 29-na planlaşdırılan Seula səfərinə hazırlaşdığı vaxta təsadüf edir.
ABŞ hökumətinin rəsmi nümayəndəsi Harrisin Yaponiya və Cənubi Koreyaya səfəri zamanı Şimali Koreyanın nüvə silahı sınaqdan keçirə biləcəyini bildirib.
Publika.az