Fələstin Mücahidləri Hərəkatı: İşğalçı düşmən ancaq güc və müqavimət dilini başa düşür

Fələstin Mücahidləri Hərəkatı: İşğalçı düşmən ancaq güc və müqavimət dilini başa düşür

Fələstin mücahidləri hərəkatı bəyanat verərək elan edib ki, sionist cinayətkar düşmənlə qarşıdurmada yalnız güc və müqavimət dili təsirlidir.

Bazar günü verilən məlaumata görə, bu hərəkat əlavə edib: Mübarizə və müqavimət yolu işğalçıların zorakılığı və quldurluğunun, Fələstin xalqı və torpağına davamlı zülmünün qarşısını almaq üçün ən qısa və uğurlu yoldur.

Bu bəyanatda İordan çayının qərb sahilindəki müqavimət əməliyyatının düşmənlə və onun cinayətləri ilə mübarizənin və bütün Fələstin xalqının iradəsinin həyata keçirilməsinin başlanğıcı olduğu aydınlaşdırılıb.

Bu hərəkatın bəyanatında deyilir: Sionistlərin və onların havadarlarının gənclərin və müqavimətin iradəsini əzməkdə aciz olduqlarını sübut edən Nablusdakı döyüşçülərə salamımızı yetiririk.

Ötən bir neçə gündə sionist rejim qüvvələri Fələstin müqavimətini yatırmaq üçün İordan çayının qərb sahili və Qüdsün müxtəlif bölgələrinə dəfələrlə basqın edib və bu bölgələrdə müqavimət qüvvələri ilə toqquşublar.

Sionist rejim yəhudilərin yeni il bayramı ərəfəsində Fələstin əməliyyatlarının güclənməsindən ehtiyat edərək, onların yaşayış məntəqələrində repressiya tədbirlərini artırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × four =