Yəmənin uzaqmənzilli ballistik raketləri var
Yəmənin Ənsarullah Hərəkatının siyasi bürosunun üzvü vurğulayıb ki, bu ölkənin uzaqmənzilli ballistik raketləri var və bu, sionist rejimin narahatlığına səbəb olur.
Əl-Məyadin-ə istinadən verilən məlumata görə, Yəmənin Ənsarullah siyasi ofisinin üzvü Əli Əl-Qahum bu ölkənin uzaq mənzilli ballistik raketlərə malik və bunun sionist rejimin narahatlığına səbəb olduğunu vurğulayıb.
O, əlavə edib: Biz atəşkəslə razılaşdıq, çünki o, humanitar aspektləri nəzərə alır və blokadaya son qoyur, lakin təcavüzkar ölkələr hərbi tədbirləri gücləndirməkdə israrlıdırlar.
Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü sözlərinə belə davam edib: Təcavüzkar koalisiyaya üzv ölkələr Yəməndə Əl-Qaidəni dəstəkləyir, lakin Yəmənin ixtiyarında uzun mənzilli ballistik raketlər var ki, bu da sionist rejimin narahatlığına səbəb olub.
O, Yəməndəki atəşkəslə bağlı deyib: Atəşkəs siyasi həllə aparan qapıdır, lakin təcavüzkar ölkələr İŞİD və Əl-Qaidəni gücləndirməyə çalışırlar və biz öz suverenliyimizi müdafiə etməyə hazırıq.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı avqustun 2-də Yəməndə müvəqqəti atəşkəsin daha 2 ay uzadıldığını açıqlamışdı. Yəməndə atəşkəs BMT-nin vasitəçiliyi ilə aprelin 2-də başlayıb və iyunun 2-də ilk dəfə olaraq daha 2 ay uzadılıb.
Səudiyyə Ərəbistanı 2014-cü ilin aprelindən ABŞ-ın yardımı və yaşıl işığı və sionist rejimin dəstəyi ilə BƏƏ də daxil olmaqla bir neçə ərəb ölkəsinin koalisiyası şəklində Yəmənə qarşı kütləvi hücumlara başlayıb.