Burkina-Fasoda silahlıların hücumu nəticəsində 10 nəfər ölüb

Burkina-Fasoda silahlıların hücumu nəticəsində 10 nəfər ölüb

Silahlı şəxslərin Burkina-Fasonun şimalında təchizat karvanına hücumu nəticəsində ən azı 10 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) hərbçilərin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, hərbçilərin müşayiəti ilə Jibo şəhərinə gedən təchizat karvanı Qaskinde şəhəri yaxınlığında terror hücumuna məruz qalıb.

“Təəssüf ki, hücum insan tələfatı və maddi ziyanla nəticələnib”, – hərbçilərin bəyanatında deyilir.

Təhlükəsizlik orqanlarındakı mənbənin AFP-yə verdiyi məlumata görə, yaraqlıların hücumu nəticəsində 10 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 − one =