Edvard Snoudenə Rusiya vətəndaşlığı verilib

Edvard Snoudenə Rusiya vətəndaşlığı verilib

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenə Rusiya vətəndaşlığı verilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Xatırladaq ki, Edvard Snouden ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşıdır. O, 2013-cü ilin iyun ayının əvvəlində Milli Təhlükəsizlik Agentliyinin məxfi məlumatlarını “The Guardian” və “The Washington Post”a sızdırmışdı.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + four =