Sionist rejimin İordan çayının qərb sahilindəki cinayətləri cavabsız qalmayacaq

Sionist rejimin İordan çayının qərb sahilindəki cinayətləri cavabsız qalmayacaq

Fələstin İslami Cihad Hərəkatının baş katibi vurğulayıb ki, sionist rejimin Cənin və İordan çayının qərb sahilində törətdiyi cinayətlər cavabsız qalmayacaq.

Əl-Əhd-ə istinadən verilən məlumata görə, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Nəxalə sionist rejimin Cənin və İordan çayının qərb sahilindəki cinayətlərinin cavabsız qalmayacağını vurğulayıb.

O, sionist rejimin cinayətlərinə cavab olaraq vəzifələrini yerinə yetirəcəyini vurğulayaraq əlavə edib: Düşmənin Cənin və İordan çayının qərb sahilində törətdiyi cinayətlər bizi boş oturmağa vadar etmir.

Qeyd edək ki, bu gün səhər saatlarında fələstinli mənbələr sionist hərbçilərin İordan çayının qərb sahilindəki Cənin düşərgəsinə hücumuna işarə edərək, bu bölgədə müqavimət döyüşçüləri ilə sionistlər arasında şiddətli silahlı qarşıdurma olduğunu bildiriblər.

Yerli mənbələr sionist rejimin bir qrup xüsusi təyinatlısının Cənin düşərgəsində şəhid Rəd Hazimin (Tel-Əvivdəki şəhadət əməliyyatının icraçısı) evini mühasirəyə aldığını açıqlayıb.

Sionist hərbçilərin Cənin düşərgəsinə hücumu və şəhid Rəd Hazimin evinin mühasirəyə alınmasından sonra müqavimət döyüşçüləri onlara atəş açıb və bu ərazidə şiddətli silahlı qarşıdurma baş verib. Bu toqquşmalar nəticəsində şəhid Rəd Hazimin qardaşı Əbdül Hazım da daxil olmaqla bir neçə fələstinli gənc şəhid olub, ən azı 44 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + five =