Braziliya: seçki ikinci tura qaldı

Braziliya: seçki ikinci tura qaldı

Publika.az bildirir ki, 11 namizədin yarışdığı seçkidə iki nəfər önə çıxıb: sabiq prezident Luis İnasiu Lula da Silva 48,4 faiz, indiki dövlət başçısı Jair Bolsonaru 43,2 faiz səs toplayıb. Onlar oktyabrın 30-na təyin olunmuş ikinci turda yarışacaqlar.

Luis İnasiu Lula da Silva prezident kürsüsünü 2003-2010-cu illərdə tutub. 2018-2019-cu illərdə həbsdə olub, 2021-ci ildə bəraət alıb.

Jair Bolsonaru 2018-ci il oktyabrın 28-də prezident seçilib. 2019-cu il yanvarın 1-də səlahiyyətlərinin icrasına başlayıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + nineteen =