Bu gün İmam Həsən Əskərinin (ə) şəhadət günüdür. O həzrət şiələri öz ailəsi hesab edirdi

Bu gün İmam Həsən Əskərinin (ə) şəhadət günüdür. O həzrət şiələri öz ailəsi hesab edirdi

İnqilab rəhbəri buyurur: İmam Həsən Əskəri (əleyhissalam) öz şiələrini özünə yaxın hesab edir və buyurdu ki, bizimlə sizin aranızda yaxın qohumluq əlaqəsi var.

Bu, o deməkdir ki, həzrətin nəzərində biz ata-oğul, qardaş kimi birinci dərəcəli qohumlar kimi hesab olunuruq. Mömin isə möminin qardaşıdır!

İmam Həsən Əskərinin (əleyhissalam) şəhadəti münasibəti ilə Həzrət Ayətullah Xameneinin Əsərlərinin Qorunması və Nəşri İdarəsinin informasiya ofisi  h.ş. 1351-ci ildə Ayətullah Xameneinin Ənsarul-Hüseyn (əleyhis-salam) nümayəndə heyəti ilə Tehrandakı görüşlərində söylədiyi bəyanatlara əsaslanaraq “İmam Həsən Əskəri (ə) və İmamın qardaşları..” adlı poster nəşr edib. Posterin məzmunu belədir:

 “İmam Həsən Əskəri (əleyhissalam) şiələrini özünə yaxın hesab edir və buyurur ki, bizimlə sizin aranızda yaxın qohumluq əlaqəsi var.

Bu o deməkdir ki, biz həzrətin nəzərində ata-oğul, qardaş kimi birinci dərəcəli qohumlar sırasındayıq. Mömin isə möminin qardaşıdır! Yəni, iki mömin arasındakı münasibət doğma qardaşlıq bağıdır, ögey qardaşlıq deyil.

“Mömin” dedikdə kim nəzərdə tutulur? İmam Əskərinin (əleyhissalam) yolu ilə gedən şəxs nəzərdə tutulur və İmamla onun tərəfdarları arasında möhkəm təşkilati əlaqə vardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 14 =