İşğal olunmuş Qüdsdə sionist rejimin törətdiyi cinayətlərin intensivləşib

İşğal olunmuş Qüdsdə sionist rejimin törətdiyi cinayətlərin intensivləşib

Fələstin mənbələri bu ilin üçüncü rübündə Qüdsdə 4 fələstinlinin şəhid olması və 600-dən çox insanın həbs olunduğunu bildirib.

Fələstin mediasına istinadən verilən məlumata görə, Qüds valiliyi bir hesabat yayaraq, bu ilin üçüncü rübündə işğal altındakı Qüdsdə 4 fələstinlinin İsrail əsgərləri tərəfindən öldürüldüyünü açıqlayıb.

Bu hesabatda sionist qüvvələrin son 3 ayda Qüds vilayətində fələstinlilərə məxsus 81 ev və obyekti yerlə-yeksan etdiyi bildirilir.

Bu müddət ərzində 515 fələstinli sionist əsgərlərin gülləsindən yaralanıb.

İşğalçı sionist qüvvələr ötən 3 ayda işğal altındakı Qüdsün müxtəlif bölgələrində 607 fələstinlini həbs ediblər.

Qeyd edək ki, sionist rejim son aylarda Fələstinin Qüds və İordan çayının qərb sahilindəki müqavimət əməliyyatlarını cilovlamaq üçün keçmişdən daha çox repressiv siyasətini gücləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 1 =