İrandakı zəlzələ Naxçıvanda hiss olunub

İrandakı zəlzələ Naxçıvanda hiss olunub

Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 

Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.

05:10

İranın şimalında 5,8 bal gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu məlumat yayıb.

Bildirilib ki, hadisə Azərbaycan türklərinin kompakt yaşadığı Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinin cənubunda qeyd alınıb.

Yeraltı təkanın ocağı 5 km dərinlikdə olub. Zəlzələ yerli vaxtla saat 03:51-də baş verib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − seventeen =