Efiopiyada məktəb binasına hava hücumu nəticəsində 50 nəfər ölüb
Efopiyanın Şimali Tıqray ştatında məcburi köçkünlərin qaldığı məktəb binasına hava hücumu nəticəsində azı 50 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Zərbə oktyabrın 4-də Adi-Daero şəhərinə endirilib. Ölənlərlə yanaşı, daha 70-ə yaxın adam yaralanıb.
Qeyd edək ki, son iki ayda Efiopiya Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarələr Tıqray ərazisindəki hədəflərə hücum edib.
Avqustun 24-də Efiopiya hökuməti və Tiqray üsyançılarının rəhbərliyi ötən ilin yazından onlar arasında mövcud olan humanitar atəşkəsi pozmaqda ittiham ediblər. Tiqrayın cənubunda və Amharanın şimalında döyüşlər gedir.
Report.az