Qamışlıda Suriya ordusu ilə Amerika əsgərləri arasında toqquşma
Suriya media mənbələri Əl-Həsəkə vilayətində Amerikanın desant əməliyyatı və onların Qamışlı şəhərinin cənub ətraflarında Suriya ordusu qüvvələri ilə toqquşması barədə məlumat verib və bu toqquşmada 3 nəfərin öldüyünü və yaralandığını açıqlayıb.
Əl-Məyadin-in məlumatına görə, rəsmi Suriya mediası Suriyanın şimal-şərqindəki Qamışlı şəhərinin cənub bölgələrində bu ölkənin ordu qüvvələri ilə amerikalı əsgərlər arasında toqquşma barədə məlumat yayıb.
Bu xəbərə görə, Qamışlının cənubunda Suriya ordusu qüvvələri ilə Amerika əsgərləri arasında qarşıdurma ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın şimal-şərqindəki Əl-Həsəkə vilayətinin kənarındakı bir kənddə desant əməliyyatından sonra baş verib.
Suriya mənbələrinin məlumatına görə, bu əməliyyatda 1 nəfər ölüb, 2 nəfər yaralanıb, çoxlu sayda insan da həbs edilib.
Qeyd edək ki, Amerika qüvvələrinin şərq və şimal-şərq bölgələrində qeyri-qanuni mövcudluğu Suriyanın neft ehtiyatlarının və sərvətlərinin talan edilməsi ilə yanaşı, təhlükəsizliyin təmin olunmamasına və İŞİD terrorçularının Suriya hökumət qüvvələrinə və xalqına qarşı hücumlar həyata keçirmək cəhdlərinin yenilənməsinə səbəb olub.