Azərbaycanda bu məhsul kəskin bahalaşdı – 9 manat – VİDEO

Azərbaycanda bu məhsul kəskin bahalaşdı – 9 manat – VİDEO

Duru yağların qiymətində kəskin bahalaşma var.

BAKU.WS xəbər verir ki, satıcı Anar Əliyev “Xəzər Xəbər”ə deyib ki, qiymət artımı əvvəllər daha az hiss olunurdu və qiymət fərqi 6 aydan bir yaranırdı.

Son iki ayda isə qiymətlərdə 2, hətta 3 dəfə artım müşahidə olunur. Bu da alıcı sayına təsir edir.

Satıcılar deyirlər ki, həftədə bir dəfə mağazaya duru yağ məhsulu qəbul olunur və hər dəfə də qiymət 1 manata yaxın qalxır.

Satıcılar və alıcılar kəskin qiymət artımlarını Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =