Amerika Suriyada İŞİD liderinin öldürüldüyünü açıqlayıb
ABŞ Mərkəzi Komandanlığının rəsmisi cümə axşamı gecəsi Suriyanın şimal-şərqində İŞİD terror qruplaşmasının liderlərindən birinin öldürüldüyünü açıqlayıb.
Məlumata görə, Amerika Mərkəzi Komandanlığının bu rəsmisi Qətərin “Əl-Cəzirə” kanalına deyib ki, Suriyanın şimal-şərqində baş tutan bu xüsusi əməliyyatda “Rakan Əş-Şaman” öldürülüb.
O, həmçinin iddia edib ki, bu xüsusi əməliyyatda Amerika qüvvələri və mülki şəxslərdən heç kim xəsarət almayıb.
Amerika Mərkəzi Komandanlığı həmçinin Suriyanın şimal-şərqindəki bu xüsusi əməliyyatda Rakan Vahid əl-Şəmmarinin öldürüldüyünü açıqlayıb.
Bu əməliyyatda İŞİD terror qruplaşmasının əsirlərinə rəhbərlik edən Əbu Məaz əl-Qəhtani də öldürülüb.
ABŞ Mərkəzi Komandanlığı da Suriyanın şimalında havadan bombardmana başladıqlarını və bu zaman İŞİD-in Suriyadakı komandir müavininin öldürüldüyünü açıqlayıb.